Məşhur azərbaycanlı diktor ölümcül bəlasından danışdı

“Xəstəliyimin xaricdə müalicəsi çox bahadır, Almaniyada 120 min manata başa gəlir”

Xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru Rafiq Hüseynovun ağ ciyərində xərçəng aşkarlanıb. Rafiq Hüseynov açıqlamasında bildirib ki, səhhətində problemlər bir həftədir başlayıb:"Təəssüf ki, bu xəbəri sizə inkar edə bilmirəm. Diaqnoz dəqiqdir - ağciyər xərçəngi. Akademik Əhliman Əmiraslanov hər şeyi boynuna götürüb, mənə kömək edir. Bu həftə ərzində bilinəcək ki, bədxassəli şişi kəsib götürmək mümkündür, ya yox..."
R. Hüseynov müalicənin Bakıda mümkün olub-olmamasına da aydınlıq gətirib: "Əhliman müəllim deyir, əllərindən nə gəlir edəcəklər. Bütün tibbi avadanlıqlar Bakıda var. Xəstəliyin xaricdə müalicəsi çox bahadır. Almaniyada 120 min manata başa gəlir". apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31