“İrs-Miras” beynəlxalq jurnalında “Azərbaycan Dekorativ Sənət Növü”-Qurama” adlı məqalə dərc olunub
20 Noyabr 2013 12:08 MədəniyyətTürk dilində çap olunan "İrs-Miras" beynəlxalq jurnalının (İrs- Miras", 2 (7), 2013, s.54-62) jurnalının növbəti buraxılışında muzeyin əməkdaşı, t.ü.f.d. Afət Rüstəmbəyovanın "Azərbaycan Dekorativ Sənət Növü"-Qurama adlı məqaləsi dərc olunub.
Məqalədə Milli Azərbaycan Tarixi Muzeyinin XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid və hazırda Etnoqrafiya fondunda saxlanılan 100 dən çox qurama barədə məlumat verilib. Quramaların necə hazırlanması, rəngi, növləri barədə də açıqlamalar verilmiş, müvafiq fotoşəkillər yerləşdirilib. "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31