Akademik Milli Dram Teatrının nəzdində yeni teatr studiyası yaradılıb
20 Noyabr 2013 12:01 MədəniyyətAkademik Milli Dram Teatrının nəzdində yeni teatr studiyası açılıb. Studiyanın yaradılmasında başlıca məqsəd, yaradıcı kollektivin nəsilləri arasında əlaqələrin möhkəmlənməsinə, gələcəkdə teatrda çalışacaq aktyorların, rejissorların, səhnəqrafların və digər yaradıcı şəxslərin teatrla sıx təmasda peşəkar biliklərə, sənət vərdişlərinə, səhnə ustalığına, oyun təcrübəsinə yiyələnmələrinə şərait yaratmaqdı.
Studiyanın tədris müddəti iki illik müddətə müəyyənləşdirilib. Bu iki il ərzində gənclərə teatr sənətinin səhnə-oyun prinsiplərini əhatə edən məşğələlər keçiriləcək, tədris prosesinin sonunda isə studiya üzvləri ilə tamaşa hazırlanacaq. Studiyada tamaşaya qoyulan hər hansı bir uğurlu əsərin teatrın Bədii Şurasında müzakirə edərək, cari repertuara daxil edilməsi də istisna edilmir. "OLAYLAR" İA.