“Əmir Teymur” tamaşası hazırlanır
20 Noyabr 2013 12:00 MədəniyyətAkademik Milli Dram Teatrında yeni tamaşanın məşqləri gedir. H.Cavidin "Topal Teymur" pyesi əsasında dövlət sifarişi üsulu ilə hazırlanan "Əmir Teymur" tamaşasının quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı İlham Əsgərov, geyim üzrə rəssamı Aygün Mahmudova, bəstəkarı Aygün Səmədzadə, rəqslərin quruluşçusu Zakir və Yelena Ağayevalar, çəkim və qrafika montajçısı (video-ART) Vüqar Mustafayev, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Xalq Artisti Rafiq Əzimov (Şeyx Buxari), Əməkdar Artistlər Abbas Qəhrəmanov (Əmir Teymur), Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), Mirzə Ağabəyli (Keçikçi-növbətçi), Məzahir Cəlilov (Keçikçi-növbətçi), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov (Orxan, Sobutay), Elçin Əhmədov (Orxan, Sobutay), Şəhla Əliqızı (Almas), İlahə Həsənova (Olqa), Hikmət Rəhimov (Yıldırım Bayazid), Elnur Qədirov (Qaraquş), Cümşüd Zeynalov (Dəmirqaya), Əlvida Cəfərov (Nazimağa), Nigar Güləhmədova (Köylü qadın və Şamlı qız), Rada Nəsibova və Güney Əkbərova (Rəqqasələr və saray əyanları) iştirak edir. Türk dünyasının böyük sərkərdəsi Teymurləngin həyatından bəhs edən tamaşanın premyerası dekabr ayına nəzərdə tutulub.
Xatırladaq ki, H.Cavidin "Topal Teymur" pyesi 1925-ci ildə yazılıb, 1926-cı ildə nəşr olunub. İlk dəfə 1926-cı ildə tamaşaya qoyulub. "OLAYLAR" İA.