İsrafil İsrafilov britaniyaliı rejissor Timoti Sapplla görüşüb
19 Noyabr 2013 17:52 MədəniyyətAkademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov britaniyaliı teatr rejissoru Timoti Sapplla görüşüb. Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov Azərbaycan teatr sənətinin tarixi və mövcud durumu haqqında qonağa məlumat verib. Görüşdə həmçinin Akademik Milli Dram Teatrı ilə ingilis teatrlarının əməkdaşlıq əlaqələri müzakirə olunub, birgə layihələrin keçirilməsi planlaşdırılıb. Danışıqların nəticəsinə əsasən, növbəti mövsümlərdə Timoti Sappllın Azərbaycanda tamaşa qurması və Akademik Milli Dram Teatrının kollektivinin İngiltərəyə qastrol səfərinin təşkili kimi məsələlər nəzərdə tutulur.
Timati Sapll həmçinin teatrın truppası ilə də görüşüb və söhbətlər aparıb. "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31