İbrahim Tatlıses azadlıqdan məhrum edilə bilər
Həkim onu təhqir etdiyi üçün "İbo"nu məhkəməyə verib
19 Noyabr 2013 18:28 MədəniyyətTürkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses 2 il azadlıqdan məhrum edilə bilər. İ.Tatlısesi əməliyyat edən burun həkimi İsmail Koçak məhkəməyə verib. Buna səbəb isə tanınmış sənətkarın həkimi təhqir etməsi olub. Belə ki, bir müddət əvvəl İbrahim Tatlıses "Twitter" səhifəsində həkimi barədə təhqiramiz sözlər yazmışdı. "Səsimin tembri pozulub. Danışmağa belə çətinlik çəkirəm. Rahatsızlığım İsmail Koçakın əməliyyatından sonra yarandı. Mənim kimi problemi olan şəxslərə müraciət edirəm. Özünüzü İsmail Kaçak kimi həkimdən qoruyun", - deyə İbrahim Tatlıses öz səhifəsində heyranlarına səslənib. Bunu özünə təhqir sayan və bundan sonra nüfuzunun aşağı düşdüyünü düşünən həkim tanınmış müğənnini məhkəməyə verib. Həkim onu təhqir etdiyi üçün İbonun 2 il azadlıqdan məhrum edilməsini tələb edir. ans