Qonşuları Castin Biberdən şikayət edib

Tanınmış müğənni Castin Biberin son zamanlar qalmaqallarla gündəmə gəlməsi adət halını alıb. Axşam.az xəbər verir ki, ifaçının qonşuları ondan şikayət edib.
 Belə ki, Castin Kaliforniyadakı evində parti verərkən onları narahat edib. Yaxınlıqda yaşayanlar 3 dəfə polisə zəng edib. Gecə saat 1-də və 3-də müğənninin evinə gələn asayiş keşikçiləri səs-küyün azaldılmasını tələb edib. Nəhayət, 3-cü şikayətdən sonra polis hadisə haqqında bölməyə məlumat verib.

Castin Biberin cərimələnəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31