Heydər Əliyev Mərkəzində klassik musiqi gecəsi

Noyabrın 23-də Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvinteti ilk dəfə olaraq Bakıda Heydər Əliyev Mərkəzində çıxış edəcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzinin mədəniyyətin inkişafına dəstək, dünya incəsənət nümunələrinin Azərbaycanda təbliği layihəsi çərçivəsində təşkil olunan klassik musiqi gecəsində dünya şöhrətli bəstəkarlar Motsart, Anton Reyxa, Dalius Milhaud və Karl Nilsenin əsərləri səslənəcək. İfaları ilə dinləyiciləri heyran edən Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvinteti Avropa, Avstraliya, İsrail, Uzaq Şərq, Şimali və Cənubi Amerikada konsertlər verib. Bundan başqa ansambl Berlin, Edinburq, Salzburq festivalları, Marsel Kvintet Biennallesi kimi beynəlxalq tədbirlərin ən populyar çıxışçılarından olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31