IV Malatya Beynəlxalq Film Festivalı keçirilir
18 Noyabr 2013 17:12 MədəniyyətTürkiyənin Malatya şəhərində IV Malatya Beynəlxalq Film Festivalı keçirilir. Noyabrın 21-dək davam edəcək festival çərçivəsində
Azərbaycan filmləri proqramı nümayiş olunacaq. Proqramda Ramiz Həsənoğlunun "Sübhün səfiri", Şamil Əliyevin "Çölçü", Tofiq İsmayılovun "Bizim küçənin oğlanları", Elçin Musaoğlunun "40-cı qapı", Elvin Adıgözəlin "Buqələmun" filmləri yer alıb. "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31