NEXT qrupunun solisti xarici ulduzlarla görüntüləndi

Bir zamanlar populyar olan NEXT qrupu-nun solisti Seyran Babayev Belorusiyada keçirilən böyük konsert proqramlarin birində iştrak edib. Mügənni tanınmış Kristina Orbakayte, İgrid, Layma Vaykule, Alisa Mun,"İvanuşki İnterneyşnl" qrupu, "Boni M" qrupu, "NA-NA" qrupu ilə birgə səhnədə çıxış edib. Qeyd edək ki Mogilyev şəhərinin yubiley konserti ilə  bağlı düzənlənmiş konsert canlı olaraq Belorusiya dövlət televiziyasında yayımlanıb. Müğənninin konsertdə inglis dilində ifa etdiyi mahnılar alqışla
qarşılanıb: "Mən ilk dəfə deyil ki beynəlxalq səhnədə çıxış edirəm. Bir musiqiçi kimi Azərbaycan musiqisini xarici ölkələrdə təbliğ etməyi bacarıramsa qürur duyuram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31