Aysel “Danışan Gəlincik”i ifa etdi
18 Noyabr 2013 15:35 MədəniyyətNigar, "OLAYLAR" İA. Gənc müğənni Aysel Əlizadə Gənc Tamaşaçılar Teatrında "Danışan gəlincik" tamaşasına daxil edilən mahnılardan birini ifa edib. Bəstəkarı əməkdar incəsənət xadimi Gövhər Həsənzadə olan mahnı lentə yazılaraq tamaşada səsləndirilib. Digər mahnını isə Aysel xanımın həmkarı Təranə Mahmudova oxuyub.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Mahnının hazırlıq prosesində iştirak edən Gövhər xanım Ayselə dəstək olub. Sənətçi bəstəkarla işbirliyinin neçə il əvvələ söykəndiyini vurğulamaqla, bundan sonra davam edəcəyini bildirib. Onlar tamaşanın təqdimat mərasiminə birlikdə qatılıblar. "OLAYLAR" İA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31