Nadiq Qafarzadə ukraynalı qızlarla görüntüləndi
18 Noyabr 2013 15:26 MədəniyyətDaim qalmaqallı açıqlamaları və şou-biznesdə etdiyi layihələri ilə adından söz etdirən müğənni Nadir Qafarzadə Ukrayna səfəri haqda "OLAYLAR"a danışıb. Açıqlama verən müğənni Bakı üçün çox darıxdığını söyləyib: "Ukraynada istirahət edirəm. . Ukraynaya səfərim həm istirahət, həm də yaradıcılıq xarakteri daşıyır. İnanın ki, qulağım şou-biznesin dedi-qodularından, söz-söhbətlərindən elə uzaqdır ki, heç olmayan kimi. Amma yenə də buna baxmayaraq, Bakıda olmasam da kimlərsə də haqqımda danışırlar, səs-soraqları da gəlib mənə çatır. Haqqımda boş-boş danışanlar, elə danışmaqlarında olsunlar. Mən öz layihələrimlə onlara cavab verirəm. Mən sənətimin zirvəsindəyəm. Onlara baş qoşmuram. Kiməsə cavab versəm, reklam etmiş oluram". Müğənni onu da əlavə edib ki, noyabrın 22-dən sonra Bakıya qayıdır.