Gülyanaq Məmmədova türk tamaşaçılarını heyran qoyub
18 Noyabr 2013 12:28 MədəniyyətAzərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova Türkiyənin "TRT Haber" kanalının qonağı olub. Qeyd edək ki, sənətçi "TRT Haber" kanalında İnci Ertuğrulun apacılıq etdiyi "Haber Tadında" proqramına qonaq olub. Proqramın gedişatı zamanı əməkdar artist Azərbaycanın mədəniyyəti və musiqisi haqqında bir çox məqamları tamaşaçıların diqqətinə çatdırıb.
Gülyanaq Məmmədova proqram zamanı öz canlı ifası ilə tamaşaçıları heyran qoyub. Məlumat üçün bildirək ki, əməkdar artist proqram zamanı muğam və türkü ifa edib. Onun ifa etdiyi "İki Keklik" türküsü tamaşaçılar tərəfindən xüsusilə bəyənilib(OLAYLAR İA).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31