Van Damm hamını heyrətləndirdi VIDEO
53 yaşlı aktyor reklama çəkildi
18 Noyabr 2013 11:40 MədəniyyətDünya şöhrətli aktyor Jan Klod Van Damm dünyanı yenidən heyrətləndirib. "Qafqazinfo" xəbər verir ki, idmançı aktyorun reklam çarxı maraqla qarşılanıb. 53 yaşlı Van Damm Volvo-nun hərəkətdə olan iki yük maşınının üzərində şpaqat açır. Hazırda bu reklam roliki internetdə ən çox paylaşılan və müzakirə olunan mövzudur. Video youtube-də cəmi 4 gün müddətində 18 milyona yaxın internet istifadəçisi tərəfindən izlənilib. Həmin videonu təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31