Meladzenin həyat yoldaşı boşanmaya razı deyil

25 illik xanımı ondan boşanmağa razılığını verməyəcəyini bildirib

Rusiyalı 48 yaşlı müğənni Valeriy Meladze boşana bilməyəcək. Bu yaxınlarda Rusiya mətbuatında müğənninin 25 illik evliliyinə son qoymaq fikrində olması barədə xəbərlər yayılmışdı.
Artıq boşanma məhkəməsinə start verilib və sənətçinin həyat yoldaşı İrina bildirib ki, Valeriy məhkəməyə gəlmir son zamanlar heç onunla telefonda belə danışmır. Amma bunlara baxmayaraq 25 illik xanımı ondan boşanmağa razılığını verməyəcəyini bildirib.
Meladzenin yoldaşının yaxın adamları bildiriblər ki, müğənninin boşanmaq istədiyi barədə o ancaq mediadan xəbər tutub. Bu səbəbdəndə xanım məhkəməyə məktub göndərərək bu məsələyə aydınlıq gətirmələrini istəyib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31