Penelopa Kruz: "Hər şeyə görə şükür edirəm"

Tanınmış aktrisa və model Penelopa Kruz yeni fotolarını yayımlayıb.Axşam.az xəbər verir ki, o, "Net-A-Porter" jurnalı üçün kamera qarşısına keçib. Cazibədar pozlar verən P. Kruz ailəsindən söz açıb:"Mənim prioritetim ailəmdir. Ailən, övladların olanda bütün diqqətin onlara yönəlir, lazımsız işlərdən çəkinirsən. Ətrafımdakı insanlara, sağlamlığıma, boşqabımdakı yeməyə görə hər gün şükür edirəm."

Qeyd edək ki, 39 yaşlı ispaniyalı aktrisa 3 dəfə "Oskar" mükafatı alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31