Məryəm Üzerli hamiləliyindən danışdı

Türkiyənin ən populyar teleserialı "Muhteşem yüzyıl"dakı Hürrəm Sultan rolundan sonra fenomenal dərəcədə məşhurlaşan aktrisa Məryəm Üzerli aylardan bəri dandığı gerçəyi etiraf edib.  O, hamilə olduğunu bildirib. Milli.Az AHT-yə istinadən bildirir ki, "Muhteşem yüzyıl" serialını 100-cü seriada tərk edərək doğulduğu Berlinə qayıdan türk aktrisa İnstagram fotoservisindəki profilində yeni fotolarını yayıb. "Hamiləliyin 6,5 aylığındayam. Qızım olacaq. Onu səbirsizliklə gözləyirəm", - Məryəm Üzerli yazıb. Aktrisanın bətnindəki övladının atası onun sevgilisi Can Ateşdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31