“Çingiz Aytmatov-mən Manas oğluyam” kitabının təqdimatı keçirilib
15 Noyabr 2013 16:07 MədəniyyətTürkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən Azərbaycan və rus dillərindən qırğız dilinə tərcümə edilən "Çingiz Aytmatov: mən Manas oğluyam" kitabının təqdimatı keçirilib. Bu barədə "OLAYLAR"-a məlumat verən fondun prezidenti Nüsrət Məmmədov deyib ki, İssık-Kul forumu çərçivəsində baş tutan təqdimat mərasimdə qırğız rəsmiləri də iştirak edib: "Qırğızstan dövlət filarmoniyasında keçirilən tədbir zamanı kitab münsiflər heyətinin üzvləri- Adaxan Madumarov, Askar Aytmatov, Qırğızıstan Parlamentinin sədri Jeyinbekov və baş nazirin birinci müavini Otorbayevə hədiyyə edildi. Tədbirin sonunda münsiflər heyətinin üzvü Adaxan Madumarov belə bir kitabın işıq üzü görməsinə görə minnətdarlığımı bildirdi".
Qeyd edək ki, "Çingiz Aytmatov-mən Manas oğluyam" kitabı məşhur yazıçı Çingiz Aytmatovun 85 illiyinə hədiyyə olaraq nəşr edilib.