JLO və plastik cərrah arasında qalmaqal FOTO
"Mənim bədən quruluşum və üzüm mükəmməldir. Problem sizdədir, məndə yox”
15 Noyabr 2013 18:49 MədəniyyətAmerikalı müğənni Cennifer Lopez bildirib ki, heç vaxt plastik əməliyyat etdirməyib. Daha əvvəl britaniyalı cərrah Ayham Al-Ayyubi müğənninin fotosunu paylaşaraq onun bu gözəlliyə əməliyyatla sahib olduğunu bildirmişdi: "Üzünə baxanda bilinir ki, dəfələrlə əməliyyat keçirib. Doğrudur, o, anadangəlmə gözəldir. Amma əməliyyatlardan sonra sadəcə mükəmməldir". Həkimin bu iddiaları Lopezin pərəstişkarlarını olduqca qəzəbləndirib. İttihamlara cavab verən 44 yaşlı müğənni sosial şəbəkədə bu ittihamları qəbul etməyib: "Bağışlayın cənab, amma mən heç vaxt plastik əməliyyat etdirməmişəm. Mənim bədən quruluşum və üzüm mükəmməldir. Problem sizdədir, məndə yox". Cennifer Lopezin bu cavabından sonra cərrah Twitter vasitəsilə ondan üzr istəyib:
"Əziz Cennifer Lopez, mən yazdıqlarıma görə sizdən üzr istəyirəm. Onları mən yox, köməkçim söyləmişdi. Siz anadangəlmə gözəlsiniz. Düzgün edilmiş makiyaj bəzən üz cizgilərini dəyişə bilər, amma bunun üçün də gözəl olmaq lazımdır". ans