Cenifer Lopez sevgilisi ilə bir arada

44 yaşlı Cennifer və 26 yaşlı Kasper Smart arasında böyük dava yaşandığı deyilirdi

Ötən günlərdə müğənni Cennifer Lopez və gənc rəqqas sevgilisi Kasper Smartdan ayrıldığı söylənilsə də, cütlük gəzən söz-söhbətə son qoyub. 7days.ru-nun verdiyi məlumata görə, ötən gün paparatsilər tərəfindən Roma küçələrində əl-ələ görüntülənən cütlük yayılan xəbərlərə şərh verməkdən çəkinib. Məlumata görə, Cennifer Lopez Romada sevgilisi ilə çox az vaxt keçirə bilib. Çünki işləri ilə əlaqədar müğənni zamanının daha çox hissəsini çəkilişlərə sərf edir. Xatırladaq ki, oktyabrın ortasında 44 yaşlı Cennifer Lopez və 26 yaşlı Kasper Smart arasında böyük dava yaşandığı deyilirdi. Müğənninin yalnız onun hesabına pul qazandığı üçün Kasperi qovduğu və sevgililərin münasibətinin bitdiyi söylənilmişdi.  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31