Yazıçılar Birliyi: “Biz heç kimə “Xalq şairi”, “Xalq yazıçısı” fəxri adı vermirik”

Azərbaycanın iki böyük şairi Ramiz Rövşən və Musa Yaqubun "Xalq şairi" adı almama]ı ədəbi arenanın diqqətindən kənarda qalmayıb. Hətta Yazıçılar Birliyi də keçən illərdə bu iki qələm sahibinin "Xalq şairi" fəxri adına layiq görülməsi üçün müraciət göndərmişdi.

Onlardan əlavə Azərbaycan nəsr və poeziyasında bu ada layiq ola biləcək 10-a yaxın yazar var. Adətən bu şəxslərin siyahısı AYB-də hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə göndərilir.

Modern.az-ın 2013 və 2014-cü illər üçün belə siyahının hazırlanıb-hazırlanmayacağı ilə bağlı sorğusuna Yazıçılar Birliyinin sözçüsü Xəyal Rzanın cavabı çox qısa olub:

"Azərbaycan Yazıçılar Birliyində bu məsələ ilə bağlı heç bir siyahı hazırlanmayıb və belə bir siyahının hazırlanmağı nəzərdə tutulmur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31