Azərbaycan şou biznesinə yeni simalar gəlir

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, "ADDIM" Yaradıcı Gənclər Assosiasiyası"nın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq "Modern Art Academy" adlı beynəlxalq layihəyə həyata keçirildi. 9-13 noyabr tarixlərində gənclərimiz ödənişsiz olaraq model sənəti, dj, fotoqrafiya, vokal sənəti üzrə peşəkarlardan ustad dərslər aldılar. Layihə çərçivəsində Azərbaycandan xalq artisti Brilliant Dadaşova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova,fotoqraf Vüqar İbadov, Dj Fərid Əliyev  xarici qonaqlardan isə Daro Sulikiari (A.B.Ş), Kaan Gökhman (Türkiyə), İva Lomid (Hollandiya), İrina Çaxunashvili (Gürcüstan),Evgeniya Mamedova( Rusiya) gənclərimizə təcrübələrini bölüşdülər. Dünən isə layihənin təntənəli  bağlanış və diplomların təqdimolunma mərasimi gerçəkləşib. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Hüseyn Cavadzadə açıb. O,  "Gənclər üçün layihənin səmərəliliyindən danışıb. Daha sonra Təsisçilər Ülkər Qasımova və Eldar Qasımov çıxış ediblər. Sonda proqramda iştirak edən gənclər diplomla təltif olunublar.  "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31