Özcan Dəniz ata olacaq?
14 Noyabr 2013 19:40 MədəniyyətTürkiyəli sənətçi Özcan Dəniz şəxsi həyatından söhbət açıb. SİA-nın verdiyi xəbərə görə, müğənni ata olmaq istədiyini dilə gətirib: "Yaxşı ailəmin və uşağımın olmasını istəyirəm. Mən ailəyə bağlı biriyəm. Tanış olduğum bütün qadınların gözünün içinə baxıram və düşünürəm ki, gələcək həyat yoldaşım ola bilərmi?".
İfaçı daha sonra yeni "Su və Atəş" filmindən də bəhs edib: "Yeni filmimin baş rollarına Yasemin Allen və Pelin Akil çəkilib. Aktyor seçən zaman "Axtardığım budur" deməlisiniz. Jasmin və Pelinlə tanış olarkən onlardan heç nə soruşmadım. Çünki mənim axtardığım xarakter olduqlarını başa düşmüşdüm".
Qeyd edək ki, "Su və ateş" filmi dekabrın 19-dan Azərbaycanda "Nizami" kinoteatrında da nümayiş olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31