Qırğızıstandakı diaspor təşkilatından Aytmatovun 85 illiyinə hədiyyə
13 Noyabr 2013 16:21 MədəniyyətTürkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı ilə "Çingiz Aytmatov: Mən Manas oğluyam" kitabı qırğız dilinə tərcümə olunaraq nəşr edilib. Bu barədə "OLAYLAR"-a məlumat verən fondun prezidenti Nüsrət Məmmədov deyib ki, kitab Çingis Aytmatovun 85 illiyinə hədiyədir: "Sözügedən kitab Azərbaycan Yazıçılar Birliyi tərəfindən nəşr edilib. Biz də böyük qırğız yazıçısı Çingiz Aytmatovun 85 illiyinə hədiyyə olaraq kitabı rus dilinə tərcümə edib nəşr etdirməyi qərara aldıq".
Qeyd edək ki, kitabda Çingiz Aymatovun qardaşı Ilgiz Aytmatovun " Çingiz Aytmatov yaradıcılığı və müasir cəmiyyətdə ideoloji problemlər", Roza Torekulovnanın "Aytmatov haqqında məqalə" və akademik Akmatalievin "Dostluq və birlik fikirləri" yazıları əksini tapıb. Həmçinin nəşrdə kitabın müəlliflərindən olan Dürdanə Tahirovanın da məqaləsi yer alıb. Kitabı tanınmış qırğız şair və tərcüməçisi Mukan Asanaliev tərcümə edib. Nüsrət Məmmədov bildirib ki, kitabın təqdimat mərasimi noyabrın 14-dən 16-dək böyük ədibin 85 illiyi şərəfinə keçirilən xatirə tədbirləri çərçivəsində baş tutacaq. Kitab Aytmatovsevərlərə pulsuz paylanacaq.