Tina Törner ABŞ vətəndaşlığından imtina etdi

18 ildir İsveçrədə yaşayan 74 yaşlı müğənni 2013-cü ildə İsveçrə pasportu alıb

Əfsanəvi ABŞ müğənnisi Tina Törner rəsmi olaraq ABŞ vətəndaşlığından imtina edib. 18 ildir İsveçrədə yaşayan 74 yaşlı müğənni 2013-cü ilin aprel ayında İsveçrə pasportu alıb.
Bunun üçün müğənni repititor yanında alman dili öyrənməli olub. Oktyabrın 24-də ABŞ-ın Berndəki səfirliyində Törner İsveçrə vətəndaşlığını qəbul etməsi ilə bağlı sənəd imzalayıb və bununla əlaqədar ABŞ vətəndaşlığından məhrum olub.
Qeyd edək ki, bu ilin yayında Törner özündən 16 yaş kiçik alman musiqi prodüseri Ervin Bax ilə ailə qurub. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31