Acun İllıcalı telekanal aldı

Tanınmış aparıcı: “Artıq danışıqların son mərhələsindəyik"

Türkiyənin tanınmış aparıcısı Acun İllıcalı Tv8 adlı telekanalı aldığını bildirib. Bir müddətdir kanalın satışı üçün danışıqlar aparan tərəflər nəhayət ki, razılığa gəliblər.
Bu barədə bir çox layihələrin müəllifi və rəhbəri olan Acun şəxsi Tvitter səhifəsində açıqlama verib: "Tv8 barəsində hörmətli Mehmet Nazif Günal ilə razılığa gəldik. Artıq danışıqların son mərhələsindəyik".
Bu xəbərdən sonra kanalda necə dəyişiklər olacağı barədə maraq doğurur. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31