Beyons təəccübləndirdi
Müğənni “Irreplaceable” adlı mahnısını 13 yaşlı gözdən əlil fanatı ilə birlikdə ifa edib
13 Noyabr 2013 19:52 MədəniyyətDünyaca sevilən müğənni Beyons hər zaman pərəstişkarlarına qarşı diqqətlə yanaşır. Sənətçi bu dəfə Pert şəhərində verdiyi konsertdə "Irreplaceable" adlı mahnısını 13 yaşlı gözdən əlil fanatı ilə birlikdə ifa edib. Müğənni Sofi Kotkisdən xahiş edib ki,2006-cı ilin hiti olan mahnısını onunla ifa etsin və həmin qızı "Bu çox özəl bir gənc xanımdır" deyərək tanıdıb. Sofinin bacısı Ellanın sözlərinə görə, sənətçi ilə danışıqlar bir ay qabaqcadan aparılıb. İfaçı "Uşaqlar üçün ümüd" adlı xeyriyyə aksiyasına start verib. Hal-hazırda Beyons "Mrs. Carter Show" adlı dünya turnesi çərçivəsində olaraq Avstraliyada konsert proqramları ilə çıxış edir. Sənətçinin qostrolu dekabr ayının 22-si Bruklində sona çatacaq. Dünyaca məşhur ulduz ümumilikdə 107 konsert verəcək. ans