Ledi Qaqa səhnədə uçdu VIDEO

Müğənni yeni albomunun təqdimat mərasimində kosmik uçan geyimdə səhnəyə çıxaraq, hər kəsi şoka salıb

Mşhur müğənni Ledi Qaqa yeni səhnə şousu ilə hamını təəccübləndirib. Rusiya mətbuatının məlumatına görə, Nyu Yorkda keçirilən yeni "Artpop" adlı albomunun təqdimat mərasimində 27 yaşlı sənətçi ilk dəfə olaraq kosmik uçan geyimdə səhnəyə çıxıb və hər kəsi şoka salıb.
Qaqanın özü bildirib ki, bu geyim nəqliyyat vasitəsi rolunu daşıyır. Geyimdə müğənninin ağırlığını qaldıracaq gücdə olan mühərriki və bir neçə multi-motor havaya qaldırıcı gücü var. Bu geyim məhz gələcəyin simvolu kimi hazırlanıb.Sənətçi səhnədə möhtəşəm şou nümayiş edib.

Qeyd edək ki, Ledi Qaqa 2015-ci ildə kosmosa uçmaq niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31