Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Konstitusiya Günü ilə bağlı tədbir keçirilib
13 Noyabr 2013 11:34 MədəniyyətAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, öncə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, ümummilli liderin əziz xatirəsini ehtiramla anmışlar. Tədbirdə çıxış edən universitetin rektoru, professor Timuçin Əfəndiyev Konstitusiyamızın tarixindən danışaraq ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi bir çox islahatlar haqqında tədbir iştirakçılarına məlumat verib. Tədbirin sonunda tələbələr tərəfindən dövlət bayrağına həsr olunmuş şeir və mahnılar ifa olundu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31