Model Günay Musayeva həmkarına sərt ismarıc yolladı
13 Noyabr 2013 19:09 MədəniyyətTürkiyədə fəaliyyət göstərən model Günay Musayeva Rusiyanın Rosiya kanalının çəkdiyi "Türk tranziti" serialında çəkilmək üçün Bosnya Hersoqovinaya gedəcək. Noyabr ayının sonunda serialın davamında çəkilmək üçün Saroyeva şəhərinə yollanacaq model Bosnyadan Bolqarıstana "Best Model of the world" yarışmasının münsiflər heyətində iştirak etmək üçün sözügedən ölkəyə yollanacaq. Baxmayaraq ki, vaxt baxımından bu il ölkəmiz yarışmada iştirak etməyəcək, amma "Best Model of the world"da Azərbaycan nümayəndəsi münsiflər heyətində yer alacaq.
Bu barədə müsabiqənin ölkəmiz üzrə təmsilçisi Günay Musayeva məlumat verib: "Ölkəmiz müsabiqədə gələn il təmsil olunacaq. Bu məsuliyyətli işi mənə tapşırdığı üçün Erkan Özermana təşəkkür edirəm. Vaxt azlığından qərara gəldik ki, müsabiqəni gələn il təşkil edək. Bu il sadəcə olaraq müsabiqədə yenə də münsif kürsüsündə əyləşəcəm və ölkəmi layiqincə təmsil edəcəm ".
Qeyd edək ki, Günay 2010-cu ildə onunla birlikdə birinci seçilən lakin bu il Azərbaycanı "Best Model of the world"da təmsil etmək istəyən həmkarına ismarıc da göndərib. Günayı modelin özbaşınalığı qıcıqlandırıb: "2010-cu ildə mənimlə birgə birinci seçilən, amma öz səhvi üzündən "Best model of world"ə vəsiqə qazana bilməyən adını belə çəkmək istəmədiyim kişi finalçısı hələ də sakitləşməyib, O tez-tez "Best model of the world"un koordinatoru Silvester Lolova zəng vuraraq narahat edir. Hətta o, Erkan Özermanın İstanbuldakı ofisinə gedərək müsabiqəyə yenidən qatılmaq istədiyini bildirib. Onun nəzərinə çatdırmaq istəyirəm ki, üç il əvvəl müsabiqədə qalib gəlibsə, onun bu il dünya yarışmasında iştirak etməyi qanuni cəhətdən doğru deyil. Sakitləşsin və Azərbaycanda yarışma keçiriləcəyi günü gözləyib özünü yenidən sınasın".azadinform.az