“Bu Şəhərdə” Nyu-York və Vaşinqtona yollanacaq

Bu haqda "Bu Şəhərdə"nin ssenari müəllifi Müşfiq Abbasov "OLAYLAR" İA-ya verdiyi açıqlamasında deyib: "30 noyabr-1 dekabrda Moskvada konsertimiz olacaq. Dekabrın 19-u Kiyev, 21-İ Xarkovda "İsti Rahət" proqramını təqdim edəcəyik. Dekabrın sonlarında Nyu-York və Vaşinqtonda konsertin olma ehtimalı var. Bir neçə günə bunu dəqiqləşdirəcəyik. Daha sonra isə mart konsertinə hazırlaşacağıq". Mart konsertindən sonra film çəkməyi planlaşdırdıqlarını deyən M.Abbasov "İsti Rahət" adlı möhtəşəm konsertlə bağlı təəssüratlarını da bizimlə bölüşüb: "Konsert gözlədiyimizdən də möhtəşəm oldu. Bunu biz yox, tamaşaçılar, konsertə gələnlər deyir. Gözlənilməz bir hadisə olmadı, hər şey qaydasında keçdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31