Aysel “Səndən başqa”nı təqdim etdi
12 Noyabr 2013 16:21 MədəniyyətGənc və yaraşıqlı müğənni Aysel Əlizadənin yeni "Səndən başqa" adlı mahnısı təqdim olundu. Sözləri Leyliyə, musiqisi İlkin Həsəniyə məxsus mahnı həmkarları tərəfindən dinlənilərək bəyənilib. Müğənni yeni mahınının"Ulduzlar" qədər seviləcəyinə inanır: "Ulduzlar" mənim, sənətdə müəyyən fasilədən sonra qayıdışımda yeni mahnım hesab olunur. Mahnı radioda səsləndiriləndən sonra tez bəyənildi, amma çox adam ifaçının mən olduğumu klip ekranlara çıxarılandan sonra bildi. Yeni mahnımın klipi də artıq hazırdır. Mahnı bir neçə gün eşidilsin, daha sonra klipi KİV-ə təqdim edib, ardınca böyük kütlənin ixtiyarına verəcik" - deyən Aysel Əlizadə sənətində yeniliklərin davamlı olacağını dedi. Sənətçi iki melodik mahnısının ardınca ritmik və insanları pozitivə yukləyən bir mahnının hazırlıq prosesində olduğunu bildirdi.