Brilliant Dadaşova master klass keçdi

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə "Addım Yaradıcı Gənclər Assosiyasiyası" hazırda Bakıda Modern Art Academy adlı treninqlər layihəsi gerçəkləşdirir. Layihə çərçivəsində müassir incəsənət sahələri üzrə gənclərə ödənişsiz olaraq yerli və xarici peşəkarların iştirakı ilə ustad dərsləri həyata keçirilir. Bu günlərdə layihəyə qoşulan xalq artisti Brilliant Dadaşovanın da vokal sənəti üzrə gənclərə ustad dərsləri gerçəkləşib. Müğənninin dərsləri gənclərin inanılmaz marağı ilə qarşılanıb. 3 saat davam edən ustad dərslər ərzində xalq artisti layihəyə qatılan hər bir gəncin ifasını dinləyib və tövsiyələr verib. O öz təcrübəsi və yaradıcılığı ilə bağlı fikirlərini gənclərlə bölüşərək onları şou biznes adamı yox, peşəkar musiqiçi olmağa səsləyib. Daha sonra dərsləri Rusiyalı vokal məşqmisi davam  etdirib. Qeyd edək ki layihə çərçivəsində Amerika,Hollandiya,Türkiyədə,Gürcüstandan gələn müəllimlər model,dj,foto və vokal sənəti üzrə ustad dərslər keçirlər. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31