Ebru Gündeşdən qardaşına böyük sürpriz

Müğənni Ebru Gündeş köhnə yaxtasını qardaşına hədiyyə edib.Belə ki, həyat yoldaşı azərbaycanlı iş adamı Reza Zarrab 7 milyon avroluq yaxta alandan sonra 500 min TL-yə aldığı köhnə yaxtasını Tekirdağda yaşayan böyük qardaşına hədiyyə edib.
Əldə edilən məlumata görə, Ebru Gündeşin həyat yoldaşı Zarrab bir il əvvəl 7 milyon avroluq 46 metr uzunluğunda bir yaxta alıb. Cütlük lüks yaxta ilə mavi səfərə çıxıb.

Ebru Gündeş yoldaşı yat alandan sonra daha əvvəl 500 min TL-yə aldığı 7 metr uzunluğundakı köhnə yaxtasını da böyük qardaşı Çingiz Kumartaşlıoğluna hədiyyə edib. Kumartaşlıoğlu zaman-zaman Tekirdağ Marinada həmin yaxta ilə sulara baş vurur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31