Alla Puqaçova və Maksim Qalkinin övladları əllərindən alına bilər

"Surroqat analar şantaja əl atır, küllü miqdarda pul və yaxud da ürəkləri istədikləri hər şeyi tələb edə bilərlər"

Rusiyanın məşhur cütlüyü müğənni Alla Puqaçova və Maksim Qalkin, yenicə dünyaya gəlmiş övladlarının əllərindən alınması ilə bağlı təşvişə düşüblər. Surroqat anadan olan əkiz övladlarını itirəcəklərini düşünən ailə bu qorxuları barədə danışıblar.
Puqaçova ikinci dəfə ana olmağı çox istəyirdi. Buna görə 12 il əvvəl öz yumurtalıqlarını dondurub və bu barədə heçkimə deməyərək sir olaraq saxlayıb. Sayca 5-ci həyat yoldaşı aktyor Maksim Qalkin bu barədə ancaq toydan sonra bilib. Müğənni 52 yaşında bu addımı atdığına görə ana olmaq şansları günü-gündən çətinləşirdi. Misal üçün, yumurtalıqda bir çox hüceyrələr artıq məhv olmuşdu.
"Uşaqların dünyaya gəlməsinin son ayları bizim üçün çox ağır və çətin keçdi, çünki hər kəs deyirdi surroqat ana istəsə o uşaqları sizə verməyə bilər. Bizim ölkədə bioloji ana və atanın qeydiyyatdan keçməsi üçün surroqat ana lazımı ərizə yazmalıdır və qol çəkməlidir". Bu sözləri cütlüyün vəkili sergey Jirin bildirib.
Bütün bu sənət işləri ancaq uşaqlar dünyaya gəldikdən sonra oluna bilər. Əgər surroqat ana bu addımı atmasa bioloji valideyinlər körpələrindən məhrum olurlar.
"Əksərriyyət vaxtlarda surroqat analar şantaja əl atırlar, onlar küllü miqdarda pul və yaxud da ürəkləri istədikləri hər şeyi tələb edə bilərlər. Bioloji valideynlər də onlar nə tələb etsələr razılaşacaqlar, axı uşaq artıq dünyaya gəlib və bu onların övladı sayılır" - deyə, vəkil əlavə edib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31