Almaniyada Azərbaycan məktəbi açılır

Almaniyanin Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi həmin şəhərdə yaşayan azərbaycanlı uşaqlar üçün məktəb layihəsi həyata keçirməyə başlayıb. Təşkilatdan "OLAYLAR"-a verilən məəlumata görə, Azərbaycan Məktəbinin yaradılması zərurəti burada böyüyən uşaqların milli mədəni irsimizdən uzaq düşmələridir. Məktəb layihəsi çərçivəsində həftə sonları uşaqlara Azərbaycan dili, ədəbiyyatı, tarix, coğrafiya və mədəni irsimizlə baglı kurslar keçiriləcək. Hələlik məktəb kurslar formasında fəaliyyət göstərəcək. Həftəsonu kurslarında uşaqlar üçün tariximiz, coğrafiya, milli mədəni irsimizlə bağlı maraqlı əyləncəli məlumatlar veriləcək. Kurslar davamlı və proqramlı təşkil olunacaq. Hazırda məktəbin maddi texniki bazasının təşkil olunması istiqamətində işlər gedir. Bundan basqa həftəiçi günləri güneyli soydaşlarımız üçün Azərbaycan əlifbası kursları, uşaqlar üçün isə Azərbaycan rəqsi, tar, piano, məktəb dərslərinə kömək və s. kurslar təşkil olunacaq. Mədəniyyət Evinin tərkibində futbol klubu da fəaliyyət göstərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31