“O səs Türkiyə”də azərbaycanlı qız münsiflər heyətini heyran qoydu VIDEO
Tuğçe Gendigelennin seçimi Ebru Gündeş olub
12 Noyabr 2013 09:20 MədəniyyətStar TV-də yayımlanan "O səs Türkiyə" yarışmasında çıxış edən iştirakçı qız münsiflər heyətini heyran qoyub.Tuğçe Gendigelen adlı qız azərbaycanlı olduğunu deyib.Türkiyədə yaşayaraq təhsil alan 23 yaşlı qız mahnını türk, ərəb və ingilis dillərində oxuyaraq hər kəsi təəccübləndirib. Münsiflər heyəti üzvləri - Ebru Gündəş, Hadisə, Murat Boz və Göhkan iştirakçını öz komandalarında görmək üçün əsl mübarizəyə girişiblər. Tuğçenin seçimi isə Ebru Gündeş olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31