Çağatay Ulusoy Serenayla qucaqlaşarkən görüntüləndi

Sevilən aktyor Çağatay Ulusoy baş rol aldığı "Medcezir" serialındakı tərəf müqabili Serenay Sarıkaya ilə məkanların birində qucaqlaşarkən görüntülənib. Bir müddət bundan öncə Serenayla aralarında heç nəyin olmadığını deyən, hətta bu cür suallar verdiyinə görə jurnalistlərə qarşı təpki göstərən aktyor tərəf  müqabili ilə qucaqlaşarkən jurnalistlərin məkanda olmasından  xəbərsiz olub. Qısa müddətdən sonra jurnalistlərin məkanda olduğunu bilən Çağatay çox vəzifəli bir şəxsin oğlunu çağırdaraq jurnalistlərə hədə dolu mesajlar yollayıb. O, şəkillər çəkilərsə, bunun onlara baha başa gələcəyini deyib. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31