Hilal Cebeci baş nazirin cavabını verdi

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan qız və oğlan tələbələrin eyni evdə kirayədə qalmasının düzgün olmadığını söyləməsinin ardından baş nazirin bu fikrinə qarşı təpkilər gəldi. Bir çoxları baş naziri buna  görə qınadı. Sıravi vətəndaşlarla yanaşı sənət əhli Rəcəp Tayyip Ərdoğanın həmin fikrinə etiraz etdi. Etirazçılar sırasında Hilal Cebecinin də adını çəkmək olar. Müğənni Tvitter sosial şəbəkəsində "Yaxşı, bəs bu gənclər harada sevişəcək" deyə status paylaşıb.

Xatırladaq ki, bir müddət bundan öncə baş nazir təhsil müəssələrində qız və oğlan tələbələrin eyni pilləkandan istifadə etməsi məsələsinə toxunaraq bunun düzgün olmadığını söyləmişdi. "OLAYLAR" İA.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31