Aygün Kazımova Nadirə barışıq elan etdi

. Aygün Kazımova Faiq Ağayev və Nadir Qafarzadə haqda danışdı. Bir zamanlar yaxın dost olan Aygün Kazımova və Nadir Qafarzadənin daha sonra bir-birinə düşmən kəsilməsi heç kimə sirr deyil. Hətta verilişlərdən birində Nadir Qafarzadə deyib ki, xalq artisti Aygün Kazımova istəmir ki, onun adını çəkib, ona görə də bunu mənə qadağan edib. Bu günlərdə "Pərdə" verilişində prodüsser Tolik bu qadağanı təsdiqləsə də, lakin Aygün Kazımovanın Nadir Qafarzadəyə qarşı kinli olmadığını iddia edib. Buna baxmayaraq Nadir Qafarzadə xalq artisti haqqında verilən suala cavab vermək əvəzinə onun qızına xoş münasibətini dilə gətirib. OLAYLAR .az -ın məlumatına görə, "Pərdə" verilişinin son buraxılışında Aygün Kazımova əlində oyuncaq tutaraq şən əhval-ruhiyyə ilə Nadir Qafarzadə ilə bağlı sualı oxuya-oxuya cavablandırıb: "O, həmçinin qeyd edib ki, "bilmirəm bütün bunlar ürəyinin təmizliyindəndir ya, mənə olan böyük sevgisindəndi?! Amma danışanda səhv buraxma, yaxşı? İstəsə lap konsertimə də gəlsin, səhnəyə də çıxsın, gül versin, kameralar da çəksin. Qurbandı mənim kameralarım ona" deyərək mesajını göndərib. Amma Aygün Kazımovanın ismarıcları bununla da kifayətlənməyib. O, tez-tez küsüb barışdığı xalq artisti Faiq Ağayevdən də danışdı: " Bu günlərdə ad günü məclisində idim. Bunu Faiq balaca bir qız üçün təşkil etmişdi. Mən də yarım saat ərzində orda iştirak etdim. Bütün mahnılarımı Faiq üçün oxudum. Faiq mənim yaxın dostumdur, onu çox istəyirəm. Biz illərin sınağından keçən dostlarıq. Bir sözlə Faiq mənim üçün əvəzolunmazdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31