Azərbaycan bayrağı qürur mənbəyimizdi

Turizm İnstitutunda (ATİ) "Azərbaycan bayrağı qürur mənbəyimizdir" mövzusunda dəyirmi masa keçirilib. ATİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə təşkil olunan dəyirmi masada institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov çıxışında bildirdi ki, bugün ölkəmizin ən uca nöqtələrində qürurla dalğalanan milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və dalğalanıb. AXC Nazirlər Şurasının Milli bayrağımız haqqında qərarında yazılıb ki, "Milli bayraq kimi mavi, qırmızı, yaşıl rənglərdən, ağ aypara və səkkiz guşəli ulduzdan ibarət bayraq qəbul edilsin." O vaxtdan 95 il keçir. Şükürlər olsun ki, bizlər 1920-ci ildə tarixi taleyimizə yazılan işğalla barışmadıq. 71 il ərzində kölgəsini öpməyə hazır olduğumuz üçrəngli bayrağımızı qəlbimizdə yaşatdıq. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra yenidən başımız üzərinə qaldırdıq. Bugün dünyanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımız Azərbaycanın şərəf rəmzidir desək;- yanılmarıq. 2009-cu ildən isə ölkəmizdə 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. "OLAYLAR" İA. "Azərbaycan bayrağı qürur mənbəyimizdir" mövzusunda təşkil olunan dəyirmi masada tarix elmləri namizədi Məhərrəm Zülfiqarlı istiqlal tariximizin şanlı səhifələrindən söz açıb. ATİ -də müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr isə bayraq gününün əhəmiyətini öz prizmalarından təhlil ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31