Nadir Qafarzadə: “Hər proqrama getmirəm”

Daim qalmaqallı açıqlamaları və şou-biznesdəki yeni layihələri ilə özündən söz etdirən müğənni Nadir Qafarzadə bu gün Ukraynaya yola düşüb." OLAYLAR"az-ın məlumatına görə, ifaçının paytaxtı tərk etməsinə səbəb, yaradıcılığında olacaq yeniliklə bağlıdı. Ukraynaya getmədən bir neçə saat öncə müğənni son günlər qalmaqallarda adının hallanmasına və Ukrayna səfəri barədə "OLAYLAR"az-a danışıb: "Son zamanlar özümdə istəmədən məni söz-söhbətlərə saldılar. İndi də istəmirəm hər hansı söhbətə qayıdım. Sadəcə bu söz-söhbətlərə bu sözləri deyə bilərəm. Bəzi insanlar, verilişlər məni qalmaqala salıb, özlərinə reytinq yığmağa məşğuldurlar. Bu oldu keçdi. Amma sizə deyə bilərəm ki, mən hər proqrama getmirəm. Mənə hansısa proqramdan dəvət gələndə, soruşuram, qalmaqal olmayacaq ki? Bu işi menecerimə tapşırmışam. İndi də Ukraynaya yola düşürəm. Çox sürpriz bir layihəm olacaq. Hər zaman ki, kimi öz işlərimlə sevənlərimi sevindirəcəm. Bir söz deyəcəm ki, gözləməyə dəyər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31