Türk aktyor serial üçün 7 kq arıqladı

Türkiyənin "Med Cezir" serialında Mert rolunu oynayan Taner Ölmez özündən gənc obrazı canlandırdığı üçün 7 kiloqram arıqlayıb, saçlarını uzadıb. Milli.Az AHT-yə istinadən bildirir ki nümayişi başladığı gündən etibarən reytinqlərdə lider mövqe tutan "Med Cezir" serialında aktyor Çağatay Ulusoyun oynadığı "Yaman"ın ən yaxın dostu olan "Mert"i canlandıran Taner Ölmezin bacarığı artıq diqqətləri cəlb edib. İstanbul Universitetinin nəzdindəki Dövlət Konservatoriyasında oxuyan 28 yaşlı Tanerin dediyinə görə, özündən gənc obrazı yaratdığı üçün çox çalışmalı olub. "Serialda Yamanla bağlı dediyim "Bir milyon avro borcum olsun, amma belə dostum olsun" sözləri qısa müddətdə populyarlaşdı. Tamaşaçılar Merti sevdilər. Gerçək həyatda da Mert kimi dostumun olmasını istərdim", - T.Ölmez söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31