“Kukla” art qalereyasının saytinin təqdimatı olacaq
7 Noyabr 2013 17:43 Mədəniyyət8 noyabr tarixində, saat 15:00-da Muzey Mərkəzində (Neftçilər prospekti, 123 a) "Kukla" art-qalereyasının internet saytının təqdimatı keçiriləcək.
Cənubi Qafqazda ilk "Kukla" incəsənət qalereyası 2013-cü il aprelin 23-də Azərbaycanda açılıb. "Kukla" art qalereyasının əsas məqsədi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir. Bu məqsədlə beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur. Bütün bu tədbirlər kukla sənəti üzrə ustalarımıza öz peşəkarlıqlarını artırmağa, təkmilləşdirməyə və işlərinin dünyanın müxtəlif sərgi salonlarında layiqincə təqdim olunmasına imkan yaradacaq. Cənubi Qafqazda ilk dəfə Bakıda fəaliyyətə başlayan "Kukla" art qalereyası, bu sənət növünün inkişafına şərait yaratmaqla yanaşı, ölkəmizin vətəndaşları və qonaqlar üçün sevimli ziyarət məkanına çevrilməkdədi.
"Kukla" incəsənət qalereyası Bakı şəhəri, Yusuf Məmmədəliyev küçəsi 14 ünvanında yerləşir. "OLAYLAR" İA.