Nurgül Yeşilçay sevgilisindən ayrıldı

Tanınmış aktrisa Nurgül Yeşilçay sevgilisindən ayrılıb. Axşam.az xəbər verir ki, o, 2 ildir birlikdə olduğu Tolqa Qaraçeliklə münasibətlərinə son qoyub. Cazibədar xanım artıq Tolqa ilə birlikdə yaşadıqları evdən də köçüb. Nurgül bundan sonra Balmumcuda (İstanbul) yaşayacaq.
Qeyd edək ki, Nurgül Yeşilçay bir müddət əvvəl sevgilisi ilə bağlı verilən suallara "Çox yaxşı anlaşırıq" deyə cavab vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31