Əbülfəs Qarayev Vatikanın mədəniyyət naziri kardinal G.Ravazi ilə görüşüb

Azərbaycanda səfərdə olan Vatikanın mədəniyyət naziri kardinal G.Ravazi ilə mədəniyyət və turizm naziri Ə.Qarayev arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq münasibətləri müzakirə edilib. Ə.Qarayev bildirmişdir ki, ölkəmizin prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən həyata keçirilən layihələr nəticəsində iki ölkə arasında mədəni əlaqələr yüksələn xətlə inkişaf edir. G.Ravazi ilk öncə Azərbaycan səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan prezidentinin Vatikan ilə əməkdaşlığın inkişafına verdiyi əhəmiyyəti yüksək qiymətləndirdiklərini, həmçinin Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən tədbirlərin iki ölkə arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində olduqca vacib rol oynadığını diqqətə çatdırıb. "OLAYLAR" İA.
Görüşdə konkret layihə və proqramların və gələcəkdə bunun əsasında əməkdaşlıq proqramının imzalanması istiqamətində fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31