Hülya: “Camaat 40-50 yaşında övlad dünyaya gətirir”

Restoranların birində dostları ilə əylənən Hülya Avşar jurnalistlərin "körpəniz olsun istəyərdinizmi?" sualına "50 yaşına çatmışam. Artıq nənə olacaq bir yaşdayam" deyə cavab verib. Avşar jurnalistlərin "qızınız Zəhra neçə yaşında ailə həyatı qurmalıdı?" sualına isə belə "Məncə 30 yaşdan sonra. Amma özü bilən məsləhətdi. Camaat 40-50 yaşında övlad dünyaya gətirir" deyə münasibət bildirib. Müğənni keçmiş həyat yoldaşı Kaya Çilingər oğlunun "qızımın ailə həyatı quracağı adamı mən seçməyəcəyəm" fikrinə də fərqli münasibət bildirib: "Hər şeyə gülürəm. Çox səbr etdim, indi birinizin başını yaracağam". Yeni aldığı itinə Beşiktaşın şərəfinə Çarşı adını qoyduğunu söyləyən Hülya Avşar Fənərbahçe-Qalatasaray qarşılaşması haqda proqnozunu verərək ikincinin oyunu qazanacağını, lakin qalibin Beşiktaşın olacağını deyib. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31