Seda Sayana inanılmaz təklif

"Kanal D" ilə aylıq 600 min lirə (240 min AZN) məvacibə razılaşıb

Türkiyənin tanınmış müğənnisi Seda Sayan uzun müddət çalışdığı "Kanal D"yə geri qayıdır. ANS PRESS-in məlumatına görə, 10 ilə yaxın "Kanal D"ə veriliş aparan sənətçi,3 il bundan qabaq kanaldan ayrılaraq Show TV-ə keçib.
Seda son imzaları atsa yenidən geri qayıdaraq gündüzlər təzə verilişində gəlin və qayınanaları yarışdıracaq. S.Sayan dekabr ayında efirə çıxacaq proqramı üzərində işləyir. İfaçının yeni layihənin hər detalına diqqət verdiyi bildirilir.

Qeyd edək ki, Seda Sayan "Kanal D" ilə aylıq 600 min lirə (240 min AZN) məvacibə razılaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31