Ledi Qaqa kosmosda konsert verəcək

Müğənni tarixə düşə bilər

Məşhur amerikalı müğənni Ledi Qaqa konserti kosmosdan yayımlanan ilk müğənni ola bilər. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, müğənni mahnılarından birini 2015-ci ilin əvəlində Yer orbitində ifa etmək fikrindədir. Ledi Nyu-Meksikoda üçgünlük "Zero G Colony" festivalı zamanı "Virgin Galactic" kosmik uçuşa yollanmağı planlaşdırır.  Onun kosmosdakı çıxışı festivalın meydançasında yayımlanacaq. Kosmik çıxışından öncə müğənniyə xüsusi vokal məşqləri üçün bir ay lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31