“Azərbaycan Teatrı – 140” mövzusunda konfrans keçiriləcək
7 Noyabr 2013 11:45 MədəniyyətNoyabrın 27-də "Azərbaycan teatrı - 140" mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Bu barədə qərar ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında qəbul edilib. İclasda bildirilib ki, konfrans ölkə başçısının "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" 1 mart 2013-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə təşkil olunacaq.
Rəyasət Heyətinin qərarına görə, konfransın təşkili işinə Azərbaycan Respublikası Mədəniyyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, həmçininAzərbaycan Dövlət Teatr Muzeyinin də cəlb olunması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31